Gənclər və İdman Nazirliyi gənclər təşkilatları üçün elan etdiyi qrant müsabiqəsinin nəticələrini açıqlayacaq

Gənclər və İdman Nazirliyi gənclər təşkilatları üçün elan etdiyi qrant müsabiqəsinin nəticələrini açıqlayacaq
# 30 yanvar 2007 17:07 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi (GİN) 2006-cı ildə gənclər təşkilatları üçün elan etdiyi qrant müsabiqəsinin nəticələrini yaxın günlərdə açıqlayacaq. APA-nın məlumatına görə, bunu GİN-nin Kollegiyası nəzdində fəaliyyət göstərən Gənclərlə iş üzrə İctimai Şuraının bugünkü iclasında nazir Azad Rəhimov bildirib. Müsabiqə ilə bağlı nazirliyə 48 layihənin təqdim edildiyini bildirən A.Rəhimov hazırda ekspertlərin qalibləri müəyyənləşdirmək üçün iş apardığını qeyd edib. Nazir qrant müsabiqələrinin 2007-ci ildə də davam edəcəyini və vətərpərvərlik mövzusuna üstünlük verilcəyini qeyd edib. A.Rəhimov hazırda Azərbaycanda dövlət qeydiyyatından keçmiş 170 uşaq və gənclər təşkilatının fəaliyyət göstərdiyini vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR