Elçin Behbudov Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında və Gəncə şəhər Polis İdarənin müvəqqəti saxlama təcridxanasında monitorinq keçirib

Elçin Behbudov Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında və Gəncə şəhər Polis İdarənin müvəqqəti saxlama təcridxanasında monitorinq keçirib
# 14 fevral 2007 12:54 (UTC +04:00)
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Gəncədə yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında və Gəncə şəhər Polis İdarənin müvəqqəti saxlama təcridxanasında monitorinq keçirib. Bu barədə APA-ya məlumat verən E. Behbudov hər iki təcridxanada monitorinqin nəticəsini müsbət qiymətləndirib: “Amma bəzi tövsiyələrimi təcridxanaların rəhbərlərinə çatdırdım. Təcridxanalarda saxlanılan şəxslərlə görüşdüm, onların şikayətlərini dinlədim. Bu şikayətlərlə bağlı lazımi müraciətlər olunacaq”. Bundan başqa hüquq müdafiəçisi Gəncə şəhər Polis İdarəsinin, İmişli, Goranboy və Ağcabədi rayon polis şöbələrinin əməkdaşları üçün seminar da keçirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR