Şəkidə “Uşaqların dövlət himayəsindən ailələrə verilməsi: müzakirələr, müsbət nəticələr və gələcək üçün vasitələr” mövzusunda regional seminar keçirilir

Şəkidə “Uşaqların dövlət himayəsindən ailələrə verilməsi: müzakirələr, müsbət nəticələr və gələcək üçün vasitələr” mövzusunda regional seminar keçirilir
# 15 fevral 2007 14:47 (UTC +04:00)
Bu gün Şəki rayonunda “Uşaqların dövlət himayəsindən ailələrə verilməsi: müzakirələr, müsbət nəticələr və gələcək üçün vasitələr” mövzusunda iki günlük regional seminar işə başlayıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon İcra Hakimiyyəti (RİH) aparatından məlumat verilib. Ölkənin şimal-qərb bölgəsinin və bir sıra ətraf rayonların təhsil, səhiyyə işçilərinin, psixoloqların, İtaliya və Böyük Britaniyadan gəlmiş mütəxəssislərin iştirak etdiyi seminarda kimsəsiz və atılmış uşaqların dövlət himayəsindən götürülüb ailələrə verilməsi və bu prosesin müsbət nəticələri haqqında müxtəlif fikir mübadilələri müzakirə olunur. Seminarda avropalı mütəxəssislər, uşaqların dövlət himayəsindən götürülüb ailələrə verilməsinin müsbət nəticələri barədə seminar iştirakçılarına ətraflı məlumat verib. Şəki RİH-dən verilən məlumata görə, regional seminar sabah işini başa çatdıracaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR