MDB ölkələri arasında keyfiyyət sahəsində əldə edilən nailiyyətlərə görə keçirilən müsabiqənin I mərhələsinin qaliblərinə mükafatlar təqdim olunub

MDB ölkələri arasında keyfiyyət sahəsində əldə edilən nailiyyətlərə görə keçirilən müsabiqənin I mərhələsinin qaliblərinə mükafatlar təqdim olunub
# 15 fevral 2007 16:39 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən Müstəqil Dövlətlər Birliyi ölkələri arasında keyfiyyət sahəsində əldə edilən nailiyyətlərə görə keçirilən müsabiqənin birinci mərhələsinin qaliblərinə mükafatların təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə müsabiqənin keçirilməsi üzrə Münsiflər Heyətinin sədr müavini Vidadi Hüseynov müsabiqənin keçirilməsinin məqsədi və şərtləri barədə danışıb. Sonra qalib gələn şirkətlərin adları açıqlanıb. Belə ki, “Sun-Tea Azerbaijan” ATSC Çay Paketləmə Fabriki, “Qafqaz Konserv Zavodu” MMC laureat, “Elvan” Türk-Azəri Gida Sənaye LTD, “Naqin Co Tovuz Baltiya Ltd.” şirkətləri isə müsabiqənin diplomantı adlarına layiq görülüb.
Tədbirdə bildirilib ki, müsabiqənin ikinci mərhələsi üzrə MDB ölkələri arasındakı qaliblər Dövlətarası Şura tərəfindən bu ilin dekabrında müəyyən ediləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR