“Berliner Zeitung” qəzeti: “Alman polisinin Nuridə Atəşinin evində axtarış aparması barədə məqalə dərc etməmişik”

“Berliner Zeitung” qəzeti: “Alman polisinin Nuridə Atəşinin evində axtarış aparması barədə məqalə dərc etməmişik”
# 19 fevral 2007 15:37 (UTC +04:00)
Almaniyadakı Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru, şairə Nuridə Atəşi APA İnformasiya Agentliyinə rəsmi məktubla müraciət edib. N.Atəşi məktubla bərabər, ötən həftə Azərbaycanda fəaliyyət göstərən bəzi kütləvi informasiya vasitəsində Almaniyada onun rəhbərlik etdiyi N.Gəncəvi adına Mədəniyyət İnstitutunda əxlaqsızlıq yuvasının aşkarlanması ilə bağlı yayılan məlumatların düzgün olmadığını təsdiqləyən rəsmi sənədlər də göndərib. APA-ya göndərilən sənədlərin arasında Almaniyada yaşayan azərbaycanlı rəssam Əşrəf Heybətovun məktubu da var. Həmin məktubda Ə.Heybətov N.Atəşi ilə bağlı mətbuata hər hansı məlumat göndərmədiyini bildirib. N.Atəşi “Berliner Zeitung” qəzetinin orijinal nüsxəsini də göndərərək, orada dərc olunan məqalənin surətinin saxta olduğunu vurğulayıb. N.Atəşinin göndərdiyi sənədlərə “Berliner Zeitung”in rəhbərliyinin qəzetin 10/11 fevral 2007-ci il tarixli sayında onun haqqında heç bir məlumat dərc edilmədiyi haqda məktubu, Berlin Polisinin məsələ ilə bağlı araşdırma apardığı, lakin hələlik heç bir nəticə əldə edə bilməməsi haqda arayışı və İnstitutun yerləşdiyi binada yaşayan qonşu qadının belə bir hadisənin şahidi olmaması ilə bağlı ərizəsi də əlavə olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR