İnsan alverində təqsirləndirilən “Zibaxanım” klinikasının baş həkiminin məhkəməsi davam etdirilib

İnsan alverində təqsirləndirilən “Zibaxanım” klinikasının baş həkiminin məhkəməsi davam etdirilib
# 21 fevral 2007 15:10 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Nüşabə Ağayevanın sədrliyi ilə insan alverində təqsirləndirilən tibb bacısı Ofeliya Səfərova və onunla bərabər “Zibaxanım” klinikasının baş həkimi Zibaxanım Əsgərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə şahid ifadələri dinlənilib. Proses fevralın 26-da davam etdiriləcək.
Qeyd edək ki, O. Səfərova Cinayət Məcəlləsinin 144-1.2.3-cü maddəsi (adam oğurluğu), Z. Əsgərova isə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham olunur. İttiham aktına görə, O. Səfərova Tatyana Leonidova adlı qadının klinikada doğumunu təşkil edib və ona uşağının ölü doğulduğunu deyərək sonradan uşağı 1000 dollara Azərbaycan vətəndaşına satıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR