Moskvada azərbaycanlı qadın səkkiz aylıq körpəsi ilə özünü 20-ci mərtəbədən atıb

Moskvada azərbaycanlı qadın səkkiz aylıq körpəsi ilə özünü 20-ci mərtəbədən atıb
# 15 mart 2007 15:17 (UTC +04:00)
Azərbaycan vətəndaşı olan 19 yaşlı qadın Moskvada səkkiz aylıq qızı ilə özünü 20-ci mərtəbədən atıb. APA-nın məlumatına görə, qadının və qızının meyiti Yujnobutovsk küçəsi, 8 ünvanında yerləşən binanın həyətində aşkar olunub. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, qadın özünü atdığı evdə müvəqqəti yaşayırmış. İstintaq müəyyən edib ki, o, övladını müalicə etdirmək üçün Moskvaya gəlib. Qadının şəxsiyyəti və hadisənin baş vermə səbəbləri aydınlaşdırılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR