Suda 3 nəfər boğulub

Suda 3 nəfər boğulub
# 03 sentyabr 2007 11:39 (UTC +04:00)
Kürdəmir rayonunda bədbəxt hadisə qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 1-də Kür çayında çimərkən boğulmuş Valeh Məhərrəmovun meyiti sentyabrın 2-də aşkarlanıb. V. Məhərrəmovun meyiti Kürdəmir rayonunun Ərəbxan kəndinin ərazisində tapılıb.
Göyçay rayonunun Potu kəndində rayon sakini Natiq Rzayev "Şirvan" kanalında çimərkən boğulub. N. Rzayevin meyitinin hələlik tapılmayıb. Meyitin tapılması üçün tədbirlər görülür.
Sumqayıt şəhər sakini Əlisahib Məmmədov isə 1-ci məhəllənin ərazisindəki çimərlikdə çimərkən boğulub. Faktla bağlı araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR