Sankt-Peterburqda baş vermiş insident nəticəsində yaralanan Azərbaycan vətəndaşının soyadı məlum olub

Sankt-Peterburqda baş vermiş insident nəticəsində yaralanan Azərbaycan vətəndaşının soyadı məlum olub
# 24 sentyabr 2007 14:05 (UTC +04:00)
Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılar və əfqanlar arasında baş verən kütləvi davada yaralanan Mikayılov soyadlı azərbaycanlının müalicəsi davam edir. Onun durumu kritik deyil. APA-nın xəbərinə görə, bu barədə xəstənin yatdığı Aleksandrovsk xəstəxanasından Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğuna məlumat verilib. Xəstəxanadan bildiriblər ki, Mikayılov başından zədə alıb və qabırğaları sınıb. Araşdırmalar nəticəsində məlum olub ki, o, nə Sankt-Peterburq şəhəri, nə də Leninqrad vilayətində qeydiyyatda deyil. Şəhər Daxili İşlər İdarəsi hələlik hadisəni araşdırır və cinayət işi qaldırmayıb.
Xatırladaq ki, bu gün Sankt-Peterburda baş verən olay zamanı 3 Əfqanıstan və 1 Azərbaycan vətəndaşı yaralanıb. Qarnından, döş qəfəsindən və əlindən bıçaq yaraları alan və Mariinsk xəstəxanasında yatan əfqanların vəziyyəti ağırdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR