Şəkidə güclü yanğın qeydə alınıb

Şəkidə güclü yanğın qeydə alınıb
# 24 sentyabr 2007 14:45 (UTC +04:00)
Bu gün Şəkidə güclü yanğın hadisəsi qeydə alınıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, saat 16:30 radələrində Şəkinin Nuxəvi küçəsində Nurəddin Əhmədova məxsus evin həyətyanı sahəsində yerləşən ot damı yanaraq məhv olub. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunsa da, yanğının qarşısını almaq mümkün olmayıb. Lakin yanğınsöndürənlər yanğının evə və yaxında olan digər dama keçməsinin qarşısını ala biliblər. İlkin ehtimallara görə, yanğının baş verməsinə ev sahibinin damın yaxınlığında ocaq qalaması səbəb olub. Şəki rayon Yanğından Mühafizə İdarəsindən (YMİ) bildirilib ki, yanğının baş vermə səbəbləri araşdırılır. Əlavə edək ki, yanğının qəsdən törədilməsi də istisna edilmir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR