Avtomobillərin təmiri sexində baş verən yanğın nəticəsində “Mercedes” yanıb

Binəqədi rayonundakı avtomobillərin təmiri sexində yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi rayonundakı “Azərneftkimyamaş” ASC-yə məxsus Təcrübə Sınaq Zavodunun ərazisindəki avtomobillərin təmiri sexində “Mercedes” markalı avtomaşında yanğın baş verib. Nəticədə avtomaşının yanar konstruksiyaları yanıb, orada usta işləyən Abbas Həsənov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır. /APA/
Hadisə

Tanışının ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Lənkəranda avtomobil 18 yaşlı qızı vurub

Baş Prokurorluq Davit Babayan və Lyova Mnatsakanyanın həbsi barədə məlumat yayıb - VİDEO
