Azərbaycan Ordusu daha bir əsgərini itirib

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sözügedən hərbi hissədə xidmət edən əsgərin odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəş Əli Bayramlı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1988-ci il təvəllüdlü Gülmalıyev İmran Mikayıl oğluna dəyib. Əsgər aldığı güllə yarasından ölüb. İ. Gülmalıyev bu gün yaşadığı Çılpaqlı qəsəbəsində torpağa tapşırılıb. Hadisəni törədən əsgərin kimliyi açıqlanmır.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat təsdiqlənməyib. /APA/
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat təsdiqlənməyib. /APA/
Hadisə

Kürdəmirdə evdə partlayış olub, ər-arvad xəsarət alıb

Geoloji Kəşfiyyat Agentliyi: Astarada sel nəticəsində uçma baş verib - FOTO - YENİLƏNİB

Binəqədidə 6 otaqlı evdə yanğın olub
