Sumqayıtdakı Oftalmologiya Xəstəxanasına partlayıcı qoyulması barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxs saxlanılıb

Sumqayıtdakı Oftalmologiya Xəstəxanasına partlayıcı qoyulması barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxs saxlanılıb
# 09 oktyabr 2007 08:14 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Saxlanılan şəxs Sumqayıt sakini, 1989-cu il təvəllüdlü Mirzəyev Amid Akif oğludur. O, dünən saat 20.00 radələrində tutulub, faktla bağlı araşdırma aparılır. Məlumatın hansı səbəbdən verildiyi müəyyənləşdirilir.
Qeyd edək ki, oktyabrı 8-i, saat 17.00 radələrində naməlum şəxs xəstəxanaya zəng edərək oraya bomba qoyulduğunu deyib. Dəstəyi qaldıran növbətçi tibb bacısı dərhal baş həkimə, baş həkim isə polisə məlumat verib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yerinə gələn polislər xəstəxanadakı şəxsləri evakuasiya edərək, axtarışlara başlayıb. Lakin bir neçə saat davam edən axtarış nəticəsində partlayıcı qoyulması barədə məlumatın yalan olduğu üzə çıxıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR