Ağcabədidə həmyerlisindən hədə-qorxu ilə pul tələb edən şəxs tutulub

Ağcabədidə həmyerlisindən hədə-qorxu ilə pul tələb edən şəxs tutulub
# 31 mart 2020 12:53 (UTC +04:00)

Ağcabədi rayonunda həmyerlisindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 30-da Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T. Məmmədov həmyerlisi, əvvəllər məhkum olunmuş S. Muradovun ona hədə-qorxu gəlib 2 min manat tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S. Muradov həmin gün Hindarx qəsəbəsi ərazisində hədə-qorxu ilə tələb etdiyi 2 min manatdan 300 manatı alarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR