Ağdam sakini 13 kq heroinlə tutulub

Ağdam sakini 13 kq heroinlə tutulub
  • Clock-gray 12:33
  • calendar-gray 08 Yanvar 2021

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini H.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 248 qrama yaxın heroin, 198 qramdan artıq metamfetamin, yaşadığı mənzildən isə 5 kiloqram 500 qram heroin, 243 qramdan artıq metamfetamin, 2 ədəd elektron tərəzi, Yeni Suraxanı qəsəbəsi ərazisində yol kənarında gizlətdiyi 8 kiloqram heroin və 985 qram metamfetamin aşkar edilərək götürülüb.

Səlcuq Elçin

Digər xəbərlər