Ağsu-Kürdəmir yolunda ağır avtoqəza baş verib, yaralılar var

Ağsu-Kürdəmir yolunda ağır avtoqəza baş verib, yaralılar var
# 20 fevral 2020 23:36 (UTC +04:00)

Ağsu rayonunun Muradlı kəndi ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza bu gün axşam saat 22:00 radələrində qeydə alınıb.

Minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Kürdəmir sakinləri - 1994-cü il təvəllüdlü Həsənov Rövşən Daşqın oğlu, Mansurov Nurlan Mehman oğlu və şəxsiyyəti hələ ki bilinməyən bir nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR