Ağsuda yas mərasimi təşkil edənlər cərimələnib

Ağsuda yas mərasimi təşkil edənlər cərimələnib
# 22 fevral 2021 16:21 (UTC +04:00)

Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb və xüsusi karantin rejimi qaydalarını pozduqları üçün 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR