Bakıda avtobus piyadanı vuraraq öldürüb

Bakıda avtobus piyadanı vuraraq öldürüb
# 08 fevral 2021 12:23 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb.

132 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu qarşısına çıxan piyada vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya faktı təsdiqləyiblər.

Bildirilib ki, bu gün saat 07:15 radələrində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 132 nömrəli müntəzəm marşrut üzrə (10 TF 992 Dövlət Qeydiyyat Nişanlı) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub. "Əhmədli" metro stansiyasından Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtobusun qarşısına çıxan piyada vurulub. Hadisəylə əlaqədar “Kral-Transport” MMC-nin direktoru Sərvər Əliyev Agentliyə çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR