Bakıda avtomobil yanıb - VİDEO - FOTO

Bakıda avtomobil yanıb - VİDEO - FOTO
# 09 fevral 2020 16:36 (UTC +04:00)

Bakıda avtomobil yanıb.

APA-nın xəbərinə görə, hadisə Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb. BMW markalı avtomobil qəfil alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya bildirilib ki, qəza səbəbindən həmin küçədə sıxlıq müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR