Bakıda dəmiryol vağzalında bıçaqlanma olub

Bakıda dəmiryol vağzalında bıçaqlanma olub
# 18 fevral 2020 03:49 (UTC +04:00)

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, Biləcəri dəmiryol vağzalında Abşeron rayon sakini 1996-ci il təvəllüdlü Mövlanov Rəşad Qalib oğlu naməlum şəxslə mübahisə zamanı bıçaqlanıb.

Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarətləri ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR