Bakıda idarəetmədən çıxan avtomobil iki minik maşınını əzib, xəsarət alan var - FOTO - VİDEO

Bakıda idarəetmədən çıxan avtomobil iki minik maşınını əzib, xəsarət alan var - FOTO - VİDEO
  • Clock-gray 23:33
  • calendar-gray 18 Dekabr 2019

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Məlumata görə, "Lexus" markalı avtomobil prospektlə hərəkətdə olan zaman əvvəlcə "Opel" markalı avtomobilə dəyib və istiqamətini dəyişərək "Hyundai" markalı minik maşını ilə toqquşub. Nəticədə sonuncunun sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. "Lexus"un sürücüsü isə hadisə yerindən yayınıb.

Yol qəzasının təfərrüatlarını rayon polisi araşdırır.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date