Bakıda karantin rejimini pozan kafe aşkarlanıb

Bakıda karantin rejimini pozan kafe aşkarlanıb
# 17 fevral 2021 16:16 (UTC +04:00)

Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, "Cənub” kafesində 15 nəfərin "14 fevral" gününü qeyd etməsi aşkarlanıb.

İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq barələrində inzibati protokollar tərtib olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR