Bakıda keçmiş məhkumdan 3 kq narkotik götürülüb

Bakıda keçmiş məhkumdan 3 kq narkotik götürülüb
# 15 yanvar 2020 16:28 (UTC +04:00)

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Səfərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 3 kiloqram 150 qram marixuana götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR