Bakıda məktəbliləri daşıyan avtobus qəzaya düşüb, yaralılar var

Bakıda məktəbliləri daşıyan avtobus qəzaya düşüb, yaralılar var
# 17 yanvar 2020 09:34 (UTC +04:00)

Bakıda marşrut avtobusu qəza törədib.

APA-nın məlumatına görə, Xəzər rayonu, Albalılıq qəsəbəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobus orta məktəb şagirdlərini daşıyan "Mercedes" markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı mikroavtobusda olan 4 nəfər məktəbli xəstəxanaya yerləşdirilib. Yaralılara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR