Bakıda narkotik istifadəçisi həbs edilib

Bakıda narkotik istifadəçisi həbs edilib
# 07 iyul 2020 17:55 (UTC +04:00)

Paytaxtın Suraxanı rayonunda narkotik vasitələrin istifadəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı rayon sakini Rəhman Yusifov ətrafında aparılan araşdırmalarla və ondan götürülən bioloji nümunələrlə onun narkotik istifadəçisi olduğu müəyyən edilib.

Onun barəsində toplanmış materiallar rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə R.Yusifov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilinərək 60 gün müddətinə inzibati qaydada həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR