Bakıda oğurlanan avtomobil Göyçayda tapılıb

Bakıda oğurlanan avtomobil Göyçayda tapılıb
# 21 fevral 2020 10:35 (UTC +04:00)

Bakıda avtomobil oğurlanıb.

APA-nın məlumatına görə, fevralın 18-də Nəsimi rayonu ərazisində A. Məmmədxanlıya məxsus “Toyota Prado” markalı avtomobil oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində avtomobili oğurlayan şəxsin Göyçay rayon sakini, 1997-ci il təvəllüdlü H. İsmayılov müəyyən edilib.

Göyçay rayon Polis Şöbəsinin əməkdaşları H. İsmayılovu oğurladığı avtomobillə birlikdə rayon ərazisində saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR