Bakıda polis maşını minik avtomobili ilə toqquşub

Bakıda polis maşını minik avtomobili ilə toqquşub
  • Clock-gray 18:57
  • calendar-gray 22 Yanvar 2021

Bakıda Post Patrul Xidməti (PPX) avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22-də qeydə alınıb.

Belə ki, Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus avtomobil "Opel Astra" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib.

Sail Ağasəlim

Digər xəbərlər