Bakıda qətl törədən şəxslər tutulub

Bakıda qətl törədən şəxslər tutulub
  • Clock-gray 13:18
  • calendar-gray 24 İyun 2020

Bakının Yasamal rayonunda qətl törədən şəxslər tutulub.

Daxili İşlər Nazirliyininin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, faktla bağlı cinayət işi başlanılıb.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.Hənifəyev və Abşeron rayon sakini R.İsrafilov saxlanılıblar.

Səlcuq Elçin

Digər xəbərlər