Bakıda toy mərasimi keçirənlər cərimələnib

Bakıda toy mərasimi keçirənlər cərimələnib
  • Clock-gray 10:42
  • calendar-gray 10 Aprel 2021

Paytaxtın Xəzər rayonunda xüsusi karantin rejim qaydalarını pozaraq Türkan qəsəbəsində evlərin birində toy mərasiminin keçirilməsi aşkarlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 28 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunmaqla, inzibati tənbeh tədbirləri tətbiq edilib.

Səlcuq Elçin

Digər xəbərlər