Balakəndə 9 yaşlı uşağı it dişləyib

Balakəndə 9 yaşlı uşağı it dişləyib
# 05 dekabr 2019 08:57 (UTC +04:00)

Balakəndə 9 yaşlı uşağı it dişləyib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, dekabrın 4-də axşam saatlarında rayonun Katex kənd sakini, 2010-cu il təvəllüdlü Fərman Cəmil oğlu Əllazov it dişləməsi xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

F.Əllazovun yaşadığı kəndin ərazisində sahibsiz itin hucumuna məruz qaldığı məlum olub.

İt uşağın sağ yuxarı ətrafının saidindən dişləyərək xəsarət yetirib. Ona lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub.

F.Əllazovun xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR