Balakəndə ev yanıb, ölən var

Balakəndə ev yanıb, ölən var
# 26 fevral 2021 12:27 (UTC +04:00)

Balakəndə yaşayış evində yanğın olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Balakən şəhəri, Aydın Məmmədov küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1955-ci il təvəllüdlü Zahid Zeynalabid oğlu Əmrəliyevə məxsus, ümumi sahəsi 16 kv/m olan bir mərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Yanğın zamanı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib.

Yağın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan Zahid Əmrəliyev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zahid Əmrəliyev xəstəxanaya daxil olduqdan bir-neçə saat sonra aldığı ağır yanıq xəsarətlərindən ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR