Bərdə sakini qonşusunun topuğundan tüfənglə vurub

Bərdə sakini qonşusunun topuğundan tüfənglə vurub
# 07 sentyabr 2020 12:57 (UTC +04:00)

Bərdədə silahlı insident baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində kənd sakini Y.Kərimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu A.Əliyevə topuq nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Kərimov polis əməkdaşları tərəfindən saxlanılmış, ondan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR