Britaniya seçkilərində "exit-poll" nəticələri Boris Consonun qələbəsini göstərir

Britaniya seçkilərində "exit-poll" nəticələri Boris Consonun qələbəsini göstərir
  • Clock-gray 02:30
  • calendar-gray 13 Dekabr 2019

Böyük Britaniyadakı növbədənkənar parlament seçkilərində "exit-poll”un nəticələri açıqlanıb.

APA-nın London bürosunun “Sky News”a istinadən verdiyi xəbərə görə, seçkilərdə Mühafizəkarlar partiyasının qələbə qazanaraq parlamentdə üstünlük təşkil etməsi proqnozlaşdırılıb. Bu nəticəyə əsasən, Mühafizəkarlar partiyasının 368, Leyboristlər partiyasının 191, SNP (Şotlandiya Milli Partiyası) partiyasının 55 və Liberal Demokratların 13 yer qazanacağı gözlənilir.

Qeyd edək ki, "exit-poll” 144 seçki dairəsində 22,790 seçicinin səs verməsindən sonra onlar arasında keçirilən sorğuya əsaslanır. Bu nəticələr İngiltərə, Şotlandiya və Uelsdəki səslərə əsasında əldə olunub. Bu seçki dairələri seçilərkən ölkənin demoqrafik cəhətdən təmsil olunması, kənd və şəhər yerləri arasında balansın qorunmasına diqqət edilir. “Exit-poll”un nəticələrinə müxtəlif siyasi partiyaların hakim olduğu Şimali İrlandiya daxil deyil. “Exit-poll” “Ipsos MORI” tərəfindən “BBC News”, “ITV News” ve “Sky News” üçün həyata keçirilir.

Aytən Abbaslı

Digər xəbərlər

Arxiv

date