DİN: Narkotik dövriyyəsinə qarşı mübarizədə ən müasir metod və texnologiyalardan istifadə olunur

DİN: Narkotik dövriyyəsinə qarşı mübarizədə ən müasir metod və texnologiyalardan istifadə olunur
# 06 aprel 2021 10:29 (UTC +04:00)

Narkotik qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün istiqamətlər üzrə daxili işlər orqanları tərəfindən diqqətdə saxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, satış məqsədilə sosial şəbəkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ictimai təhlükəli əməlləri cinayət tərkibi yaradır, qanunla qadağan olunduğuna görə cəza təhdidi var.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövrün bütün çağırış və təhdidlərinə uyğun olaraq, ən müasir metod və texnologiyaların imkanlarından geniş istifadə olunur.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan bütün informasiyalar yoxlanılır. Bu tədbirlər kampaniya xarakteri daşımır", - deyə DİN-in məlumatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR