Dörd milyonluq dələduzluqda təqsirləndirilən şirkət əməkdaşının məhkəməsi başlayır

Dörd milyonluq dələduzluqda təqsirləndirilən şirkət əməkdaşının məhkəməsi başlayır
# 05 dekabr 2019 10:02 (UTC +04:00)

Dörd milyon manata yaxın dələduzluqda təqsirləndirilən “Azfen” Birgə Müəssisəsinin lahiyələr üzrə sabiq mühəndisi Qarayev Nicat Maarif oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, Nicat Qarayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Cinayət işi üzrə 17 nəfər zərərçəkən şəxs qismində tanınıb.

İş üzrə ümumilikdə 4 milyon manata yaxın maddi ziyan var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR