FHN ötən gün baş vermiş hadisələrlə bağlı məlumat yayıb

FHN ötən gün baş vermiş hadisələrlə bağlı məlumat yayıb
# 30 yanvar 2021 11:14 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 8 yanğın, 4 digər hallarda köməksiz vəziyyətdə qalma (bağlı qapı, lift və s.) və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 5 nəfər köməksiz vəziyyətdə qalan və 1 nəfər intihara cəhd edən şəxs xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR