Gədəbəydə yeniyetmə iki nəfər tərəfindən döyülərək ağır xəsarət alıb

Gədəbəydə yeniyetmə iki nəfər tərəfindən döyülərək ağır xəsarət alıb
  • Clock-gray 04:28
  • calendar-gray 28 Fevral 2021

Gədəbəydə 15 yaşlı yeniyetmə döyülüb.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 2004-cü il təvəllüdlü Əsgərov Zaur Arzu oğlu sol qolunun sınığı və bədəninə yetirilmiş müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, yeniyetmə tanıdığı şəxslər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Digər xəbərlər