Gəncədə avtomobil ağaca çırpılıb, ölən var - YENİLƏNİB-1

Gəncədə avtomobil ağaca çırpılıb, ölən var - YENİLƏNİB-1
  • Clock-gray 16:41
  • calendar-gray 17 Yanvar 2020

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən qəza ilə bağlı məlumat yayıb.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, Gəncə şəhərinin Nizami rayonunda “LADA” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri sürücünün meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Saat 15:46

Gəncədə baş verən yol qəzasında ölən və xəsarət alanın kimliyi məlum olub. 

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 2004-cü il təvəllüdlü Şahin Hacıyev ölüb, 2003-cü il təvəllüdlü Hüseyn Yunisli isə xəsarət alıb. 

***

Saat 14:48

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 1 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date