Gəncədə bıçaqlanma hadisəsi baş verib, cinayət işi başlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib, cinayət işi başlanıb
  • Clock-gray 09:09
  • calendar-gray 30 İyun 2020

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Gəncə şəhər sakini Yaqub Hacıyev həmyerlisi Vüqar Həsənov tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. 

Hadisəni törətməkdə şübhəli bilinən V. Həsənovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində axtarış davam etdirilir. 

 

Səlcuq Elçin

Digər xəbərlər