Gəncədə piyadanı maşın vurub

Gəncədə piyadanı maşın vurub
# 22 yanvar 2021 23:40 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Cavad Xan qəsəbəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü Abdullayev Rəhim İsrail oğlu yolu keçmək istəyən zaman minik maşını onu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR