Goranboyda baş verən avtoqəzada sürücü ağır xəsarət alıb

Goranboyda baş verən avtoqəzada sürücü ağır xəsarət alıb
# 22 fevral 2020 22:34 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü 1985-ci il təvəllüdü Cəfərov Eldəniz Aydın oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR