Gürcüstanda iki azərbaycanlı güllələnib - FOTO - YENİLƏNİB

Gürcüstanda iki azərbaycanlı güllələnib - FOTO - YENİLƏNİB
# 24 dekabr 2020 14:40 (UTC +04:00)

Marneulidə güllələnən hər iki azərbaycanlının vəziyyəti qənaətbəxşdir.

Bu barədə APA-nın Gürcüstan bürosuna yerli sakinlər məlumat veriblər. Bildirilib ki, hər ikisi ayaq nahiyyəsindən güllələnən şəxslər yerli xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

İnsidentin qisas zəminində baş verdiyi ehtimal olunur. Faktla əlaqədar qanunsuz odlu silah saxlanılması və sağlamlığa qəsdən zərər vurma maddəsi ilə cinayət işi başlanıb.

***

13.38

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli bələdiyyəsinin Rəsulzadə küçəsində 2 etnik azərbaycanlı güllələnib.

APA-nın Gürcüstan bürosunun yerli sakinlərə istinadən verdiyi xəbərə görə, hər iki şəxs orta yaşlı kişidir və onlar hüzr yerindən qayıdarkən yolda naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla güllələniblər.

Yaralanan şəxslər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər olunub, faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR