Hacıqabul və Sabirabad rayonlarında ev yanıb

Hacıqabul və Sabirabad rayonlarında ev yanıb
  • Clock-gray 09:14
  • calendar-gray 08 Noyabr 2020

Hacıqabul və Sabirabad rayonlarında yanğın olub.

Bu barədə APA-ya Fövqəladə HallarNazirliyindən bildirilib.

Məlumata görə, Hacıqabul rayonunun Atbulaq kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Sabirabad rayonunun Qaragüney kəndində də ev yanıb. Belə ki, ümumi sahəsi 250 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 110 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi, bitişik talvar və köməkçi tikili yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

apa-logo-mini

Digər xəbərlər