Hacıqabulda keçmiş məhkum oğurluq edərkən yaxalanıb

Hacıqabulda keçmiş məhkum oğurluq edərkən yaxalanıb
  • Clock-gray 10:43
  • calendar-gray 04 Fevral 2020

Hacıqabulda əvvəllər məhkum olunmuş şəxslər oğurluq ediblər.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, fevralın 3-də Hacıqabul Elektrik şəbəkəsindən polis şöbəsinə müraciət edilərək rayonunun Atbulaq kəndi ərazisində yerləşən yarımstansiyadan dəmir künclüklərin oğurlanması barədə məlumat verilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini başa çatdıra bilməyən Hacıqabul rayonu Atbulaq kənd sakinləri - 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rüstəmov İslam Pərvaz oğlu və 1981-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Güləliyev Tural Nizam oğlu olduğu müəyyən edilib. İ.Rüstəmov oğurluq anında saxlanılsa da, hadisənin digər iştirakçısı hadisə yerindən qaça bilib.

İslam Rüstəmov şübhəli şəxs qismində saxlanılarkən onun üzərindən 20,379 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Digər şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date