Həftəsonu baş verən yol qəzalarında 6 nəfər ölüb

Həftəsonu baş verən yol qəzalarında 6 nəfər ölüb
  • Clock-gray 11:10
  • calendar-gray 22 Fevral 2021

Daxili İşlər Nazirliyi həftəsonu daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata gör, respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 6 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Səlcuq Elçin

Digər xəbərlər