İmişli və Tərtər sakinlərindən odlu silahlar götürülüb

İmişli və Tərtər sakinlərindən odlu silahlar götürülüb
# 26 sentyabr 2020 13:16 (UTC +04:00)

İmişli və Tərtər sakinlərindən sənədləri olmayan ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsindən əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakinləri B.Qanbayevdən və A.İsmayılovdan 2 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri götürülüb.

Eyni zamanda Tərtər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən də keçirilən əməliyyat tədbirləri nəticəsində Rəcəbəyli kənd sakini R.Şirinovun yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR