İsmayıllıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

İsmayıllıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
# 28 dekabr 2020 14:27 (UTC +04:00)

İsmayıllıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı rayon sakini Əzimov Rüstəm Ağaşirin oğlunun üzərindən ayrı-ayrı bağlamalarda ümumilikdə 6,582 qram çəkidə psixotrop maddə olan metamfetamin, ümumilikdə 0,330 qram çəkidə narkotik vasitə olan heroin və ümumilikdə 0,72 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR