Lerikdə avtomobil 85 metrlik yüksəklikdən dərəyə aşıb

Lerikdə avtomobil 85 metrlik yüksəklikdən dərəyə aşıb
# 23 noyabr 2020 19:38 (UTC +04:00)

Lerik rayonunda baş verən yol qəzasında sürücü ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Piran kəndində “Niva” markalı avtomobil təxminən 85 metrlik hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü - Cəlilabad rayonunun Alar kənd sakini, 1970-ci il təvəllüdlü Davud Alıxan oğlu Əliyev hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR