Lənkəranda velosipedçini maşın vurub

Lənkəranda velosipedçini maşın vurub
# 19 fevral 2020 11:14 (UTC +04:00)

Lənkəranda velosipedçini maşın vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Lənkəran şəhər sakini, 1972-ci il təvəllüdlü Rahim Balamirzə oğlu Məmmədov velosipedlə şəhərin Nizami küçəsi ilə hərəkətdə olarkən Əkbər Əliyevin idarə etdiyi "Opel" markalı avtomobillə vurulub. Velosipedçi zərbənin təsirindən yol kənarındakı kanala düşüb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR