Mingəçevir sakinindən odlu silah və narkotik götürülüb

Mingəçevir sakinindən odlu silah və narkotik götürülüb
# 21 dekabr 2020 11:08 (UTC +04:00)

Mingəçevir şəhər sakinindən silah-sursat və narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini O.Verdiyevdən “Naqan” tipli nömrəsi silinmiş revolver silahı, 6 ədəd patron, marixuana və çətənə toxumu götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR